Rusiya hərbçiləri Ukraynanın İzyum şəhəri istiqamətində geri çəkilməyə başlayıb.
Oxu24.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Borovsk kənd şurası məlumat yayıb.
Hazırda Podvısokoyedə olan Rusiya hərbçiləri kütləvi şəkildə Qoroxovatkaya köçürlər.
“Yəqin ki, bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində cəbhə xəttinin hərəkəti ilə bağlıdır: gecə və səhər Podvısokoye, Buqaevka, Kunyedən güclü partlayış səsləri eşidilib”, - məlumatda deyilir.
Bununla yanaşı, Rusiya ordusunun canlı qüvvəsi və texnikası daim dəyişir. Texnikanın bir hissəsi yaşayış məntəqələrində və yerli meşələrdə cəmləşməkdə davam edir.
Oxu24.com
ŞƏRHLƏR