Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69484
az

Gündəlik və aylıq ət norması – Hansı ətdən nə qədər yeməliyik?

23:5914 May, 2022
519
CƏMİYYƏT
  • A

.

Dietoloq Andrey Bobrovskiy insanın gündəlik və aylıq ət normalarını açıqlayıb.

 OXU24.COM bakupost-a istinadən xəbər verir ki, həkim heyvan ətində insan orqanizmi üçün vacib, əvəzolunmaz aminturşuları və zülalın olduğunu bildirib.

Lakin onu normadan artıq çox yemək olmaz.

Belə ki, çəkiyə və yaşa görə gündəlik ət norması 50-150 qramdan artıq olmamalıdır.

"Sutkalıq rasionun 15%-ni ət məhsulu tutmalıdır. Qalan faiz başqa ərzaqlar olmalıdır. Gündəlik qida üçün hər ət növü uyğun deyil. Bəzi ət növlərində çox zərərli yağlar, piylər var.

Tərkibində piy olan ətləri azaltmaq lazımdır. Bunlar mal əti, donuz və yağlı qoyun ətidir.
Bu ətləri həftədə 2 dəfə 100 qramdan artıq yemək olmaz. Yaşlı insanlar isə ayda 2 dəfə yeməlidir.

Gündəlik ət üçün ağ ət, quş əti, balıq əti, dəniz məhsulları, hind quşu və cavan quzu əti uyğundur.

Rasionda qırmızı ət nə qədər çoxdursa, insult, infarkt, damar tıxanması, xərçəng ehtimalı o qədər artır.
Qırmızı ət onkoloji xəstəliklərin səbəbkarlarından biridir.

Əti tavada, qrildə, yağda qızartmayın. Onları qazanda, suda və s. bişirin.

Cavan quzu ətində pis yağlar azdır. Yaşı 60-dan yuxarı, ürək-damar xəstəlikləri olanlar hər gün ət yeməməlidir. Onlar amin turşularını göbələkdən, bitki tərkibli qidalardan, tofu pendirindən, dəniz məhsullarından ala bilər. Xəstələr həftədə 3 dəfə balıq, 2 dəfə toyuq əti yesin".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək  
Sabah bu ərazilərdə qaz olmayacaq
Lukaşenko Azərbaycana gəlir

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi