Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69461
az

Rus ordusu 48 km geri atıldı: Ukrayna sərhədə çıxır?

12:3614 May, 2022
625
  • A

Rusiyalı hərbçilər nəyin bahasına olursa-olsun, öz mövqelərini Xarkov kənarında qorumaq qərarına gəliblər. Bunun üçün əlavə batalyon-taktiki qruplar Belqorod vilayətinə çəkilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb.

“Mayın 9-da Pentaqon rəsmisi bildirib ki, Rusiya ordusu şimalda yalnız üç batalyon taktiki qrupunun fəaliyyət göstərməsinə baxmayaraq, Xarkovu şimal və şərqdən at nalı şəklində mühasirəyə almaq səylərini davam etdirir. Ruslar Belqorod vilayətində 19 batalyon taktiki qrupu toplayıblar. Yəqin ki, onlar Ukrayna ordusunun Rusiya ilə sərhədə çatmasının qarşısını almaq üçün Xarkov istiqamətini gücləndirə bilərlər. Son bir həftə ərzində Ukrayna qüvvələri düşməni şərqdə təxminən 48 kilometr geri atıb. Söhbət Volçanski rayonunun Starıy Saltov kəndinin azad edilməsindən gedir. Rusiya mayın 9-da İzyumun cənub-şərqinə və ya cənub-qərbinə hücum etməyib, lakin yaxın günlərdə hücum əməliyyatlarını bərpa etmək üçün lazım olan qüvvələri cəmləşdirməyə çalışır. Eyni zamanda, Rusiya gizlətməkdə davam etdiyi döyüş itkilərinin kompensasiyası ilə bağlı ciddi problemlə üzləşib”, - məlumatda deyilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rafiq Əliyevin qaynı oğlu Rusiyada qətlə yetirilib
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Düşmən Laçını      atəşə     tutdu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı