Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69455
az

Milli Qəhrəman  Qasım Rzayevin şəhid olduğu gündür

10:4914 May, 2022
2394
ÖZƏL BÖLÜM
  • A

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şəhidimiz Qasım Rzayevin şəhid olduğu gündür.


Rzayev Qasım Qara oğlu 5 may 1970-ci il Tovuz rayonunun Əlibəyli kəndində doğulub. 1987-ci ildə Sovet Ordusu sıralarına çağrılır. Ukrayna Respublikasının Nikopol şəhərindəki hərbi hissənin artilleriya bölməsində xidmət edir. Nümunəvi xidmətinə görə hərbi hissənin komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılır. 1990-cı ildə əsgəri xidmətini başa vurub doğma kəndinə dönür və az sonra, könüllü özünümüdafiə dəstəsinə yazılaraq, erməni quldurlarına qarşı döyüşə girir.
O, Muncuqlu, Koxa-Nəbi, Ağdam, Əlibəyli, Hacallı kəndlərinin mudafiəsində mərdliklə vuruşur. Qasım idarə etdiyi maşına mərmiatan qurğu quraşdıraraq, düşmənin başına od ələyirdi.
1992-ci ilin əvvəllərində Tovuz rayonunun sərhədləri boyunca gərgin vəziyyət yaranmışdı. Sayca üstün olan erməni yaraqlıları torpaqlarımıza soxulmağa cəhd göstərsələr də, hər dəfə böyük itki verərək geri çəkilməyə məcbur olurdular. Fevralın 11-də ermənlərin “Qan çanağı” deyilən tərəfdən hücumu gözlənilirdi. Qasım bir dəstə döyüşçü ilə həmin yerə üz tutdu. Günortaya yaxın düşmənin həmləsi dəf edildi. Ermənilərin bir PDM-i və onlarla əsgəri məhv edilmişdi.
14 may 1992-ci ildə isə... Düşmən ağır texnika ilə Tovuzun sərhəd kəndlərinə hücuma keçir. Qasım özünü hadisə yerinə yetirdi. Güllə yağışı altında qurğunu mərmi ilə doldurdu. Atəş nöqtəsini müəyən edərək, bir-birinin ardınca 20 raket atdı. Bir müddət ətrafa sakitlik çökdü. Çox keçmədən ermənilər yenidən top atəşinə başladılar. Mərmilərdən biri maşının düz üstünə düşdü. Qasım ömrünün 22-ci baharında əbədiyyətə qovuşdu.
Şəhidimiz ailəli idi.
Azərbaycan Respubilkası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rzayev Qasım Qara oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Əlibəyli kənd qəbristanlığında dəfn olunmuşdur. Hacallı kənd orta məktəbi onun adını daşıyır.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür