Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69373
az

"İlkinin başına qazan keçirib "tok" veriblər" - Məhkəmədə şok ifadə

23:5211 May, 2022
526
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  

Oxu24.com-un  xəbərinə görə,  proses Gəncə Ağır Cinayətlər Məhkəməsində Hakim Dadaş İmanovun sədrliyi ilə baş tutub.  İlkin Süleymanov məhkəmədə növbəti ifadəsini verib. O,  cinayəti boynuna götürməsi üçün işgəncələrə məruz qalmasından danışıb. İlkin Süleymanov ifadəsində rayonun keçmiş polis rəisi Şirzad Əsgərov və rəis müavini Şahlar Cəfərovun ona işgəncə verdiyini, beləliklə təzyiq edərək cinayəti boynuna götürməyə məcbur etdiklərini deyib. 

Proses mayın 18-də davam etdiriləcək. 

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 49 yaşlı  İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin  (xüsusi amansızlıqla qəsdən adam öldürmə), (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və  başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada yaşayanlara bəd xəbər: Patentlər bahalaşdı
"Ağadadaş Ağayevə daha ağır ittiham verilməlidir" - VƏKİL
Yeni ildə neçə gün iş olmayacaq?

Ayaqları mavi olan quşun sirri

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Nazim Bəydəmirlinin şikayətinə bu tarixdə baxılacaq