Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69371
az

Təranə Səmədova yenidən saxlanıldı

23:0911 May, 2022
1284
  • A

Tanınmış prodüser Təranə Səmədova bu gün polis tərəfindən saxlanılıb.

OXU24.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində deyib.

"Efirə gələrkən vəkil Ramil Rüstəmov zəng vurub mənə Təranə Səmədovanın polis tərəfindən saxlanıldığını bildirib. Efir başladığı üçün özü əlaqə saxlaya bilmədim", - L.Azərtaş deyib.

O, sonradan T.Səmədova ilə danışdığını və özünün də məlumatı təsdiqlədiyini bildirib.

T.Səmədovanın 400 manat cərimə ödədikdən sonra sərbəst buraxıldığını qeyd edən aparıcı prodüserin polisə müqavimət göstərdiyi üçün saxlanıldığını açıqlayıb. 

Xatırladaq ki, 7 aylıq hamilə olan Təranə Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI: