Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69302
az

Evsizlərə şad xəbər: ipoteka kreditləri əlçatan oldu - VİDEO

02:0910 May, 2022
346
CƏMİYYƏT
  • A

Son aylar kommersiya banklarının öz daxili resursları hesabına ipoteka kreditləri ilə bağlı təklifləri artmağa başlayıb.

Dövlət ipoteka kreditləri 7-8 faiz olduğu halda bəzi banklar 5-6 faizlə ipoteka kreditləri təklif edirlər.

Xezerxeber.az-ın məlumatına görə, banklar artıq daha aşağı faizlərlə ipoteka kreditləri təqdim edirlər.

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, faizlərin azalması ev sahibi olmaq istəyən insanların ipoteka kreditlərinə marağını artırır.

Mövzuya münasibət bildirən əmlak eksperti Ramil Osmanlı hesab edir ki, kommersiya banklarının yeni şərtlərlə təqdim etdiyi ipoteka kreditləri əmlak bazarına təsir edəcək. Çünki yeni təkliflərdə limitlərin daha geniş olması nəzərə çarpır. Onun sözlərinə görə, bu şərtlər daha çox dəyəri yüksək olan evlərin bahalaşmasına səbəb olur.

R.Osmanlı faizlərin azalmasının əmlak bazarında qısamüddətli deyil, orta və uzunmüddətli dövrdə özünü göstərəcəyini düşünür. Yeni ipoteka şərtlərinin meydana çıxması isə onu deməyə əsas verir ki, gələcəkdə digər daşınmaz əmlakların da ipoteka kreditləri ilə alınması mümkün olacaq. Lakin R.Osmanlı alıcıları belə cəlbedici ipoteka kreditlərindən yararlanmaq istəyərkən ehtiyatlı olmağa çağırır. Onun sözlərinə görə, çünki olduqca aşağı faizlərlə kommersiya bankları tərəfindən təklif olunan bu ipoteka kreditlərinin dövlət ipotekasından fərqli olaraq alıcıya əlverişli olmayan şərtləri də olur: "Məsələn: bank alıcıya əməkdaşlıq etdiyi MTK-dan alınan evə görə ipoteka ayıracağını bildirir".

Qeyd edək ki, kommersiya banklarının təklif etdiyi yeni şərtlərdən fərqli olaraq, dövlət ipotekasında limitlər var. Bu limitlər bir qayda olaraq, ümumi ipotekada 150 min, güzəştli ipotekada 100 min manatdır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək? -AÇIQLAMA
Balıqları bişirəcəkdi, paketi açanda qışqırmağa başladı - VİDEO
Ağcaqayın şərbətinin olduqca faydalı xüsusiyyətləri ÜZƏ ÇIXDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin