Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda yaşayış binasında bədbəxt hadisə - VİDEO

KRİMİNAL

675

09.05.2022, 19:49

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış binasında bədbəxt hadisə baş verib.

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, dərhal hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər qrupu hadisə yerinə cəlb olunub.

Məlum olub ki, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi dəhlizinin tavanının qismən uçması nəticəsində 3 mənzilin giriş qapısının qarşısı bağlanıb və nəticədə 4 nəfər vətəndaş köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər mənzillərin giriş qapısının açılmasına maneə yaradan dağıntıları operativ olaraq aradan qaldıraraq vətəndaşları mənzillərdən təxliyə ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha videogörüntünü təqdim edir: