Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6927
az

ABŞ Paşinyanı sıxışdırır: Seçkidən sonra 7 rayon...

17:5610 Noyabr, 2018
954
QARABAĞ
  • A
ABŞ Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması istiqamətində Ermənistana güclü təzyiq göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

"Paşinyan açıq şəkildə Ermənistanda demokratiya pərdəsi altında millətçiliyi təbliğ edir, Azərbaycana münasibətdə, xüsusən də Dağlıq Qarabağla bağlı danışıqlar prosesində ifrat qeyri-konstruktiv mövqe tutur. Onun bu dəyişkən mövqeyi danışıqlar prosesinə vasitəçilik edən Minsk Qrupunu, eləcə də ATƏT-i ciddi surətdə düşündürür. Çünki Paşinyan Serj Sərkisyan dövründə əldə edilmiş bir sıra kompromislərdən vaz keçməyə çalışır. Ancaq ABŞ Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılması istiqamətində Ermənistana güclü təzyiq göstərir. Hətta Rusiya da təxminən eyni mövqedə dayanıb", - politoloq bildirib.

Politoloq son zamanlar bir sıra ölkələrin ərazi bütövlüyümüzü dəstəkləməsini beynəlxalq ictimai rəydə Azərbaycanın mövqeyinə kəskin dönüş kimi səciyyələndirib:

"Paşinyan bu qədər güclü ictimai rəyin qarşısında səfeh iddialarını çətin ki, sonuna qədər həyata keçirə bilsin. Hesab edirəm ki, Ermənistanda parlament seçkilərindən sonra kompromisin əldə olunması istiqamətində Paşinyana qarşı təzyiqlər daha da artacaq. Ciddi böhran içərisində olan Ermənistanın bu təzyiqlərə tab gətirə biləcəyini düşünmürəm". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı