Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69263
az

"Rusiyanın vəhşiliyindən dəhşətə gəldim" - Britaniyanın XİN başçısı

22:4608 May, 2022
236
CƏMİYYƏT
  • A

"Rusiyanın vəhşiliyindən, Luqanskda orta məktəbi bombalamasından dəhşətə gəldim".

OXU24.COM  bildirir ki, Britaniyanın xarici işlər naziri Elizabet Trass Twitter-dəki akkauntunda Ukraynanın Luqansk vilayətindəki Beloqorovka qəsəbəsində yerləşən orta məktəbin bombalanması nəticəsində 60 nəfərin həlak olmasını belə şərh edib.

"Mülki şəxslərə və mülki infrastruktura bilərəkdən, qəsdən zərbələrin endirilməsi hərbi cinayətə bərabərdir. Putin rejiminin məsuliyyətə cəlb olunmasını təmin edəcəyik", - E.Trass yazıb.

Xatırladaq ki, Beloqorovka qəsəbəsindəki məktəbə raket zərbəsi nəticəsində bina darmadağın olub. Zirzəmiyə sığınmış 90 nəfərdən 60 nəfər həlak olub.

Dağıntılar altından 30 nəfər çıxarılıb. Onların 7 nəfəri yaralıdır.

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti dağıntılarda xilasetmə işlərinin davam etdiyini bildirib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 23 yaşlı gənc bıçaqlanıb