Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69248
az

“SSRİ 70 il bizim vətənimiz olub, məktəblərdə buna normal baxmaq lazımdır” - Nəzakət Məmmədova

22:4407 May, 2022
436
CƏMİYYƏT
  • A

"Ötən gün 164 saylı orta məktəbdə 9 May günü münasibətilə şagirdlərin yaxalarına "Georgi lenti"nin taxılmaqlarını, başlarına rus beretkasını qoymaqlarını SSRİ-nin təbliği saymıram. Çünki Georgiyevsk lenti Böyük Vətən müharibəsindəki qələbənin rəmzidir. Digər tərəfdən, SSRİ 70 il bizim vətənimiz olub".

OXU24.COM demokrat.az-a istinadən bildirir ki, politoloq Nəzakət Məmmədova belə deyib.
 
N.Məmmədova tarixin olduğu kimi çatdırılmasının vacib sayır:
 
"Bilirsiniz ki, yüz minlərlə azərbaycanlı insan bu ölkə uğrunda vuruşub, həlak olub, qəhrəmanlıqlar göstərib. Bunun üstündən necə xətt çəkmək olar?! Tarix bizim istəyimizə uyğun olaraq yenidən yazılmır, dəyişdirilmir, düzəliş olunmur. O, necə varsa, elə təbliğ olunmalıdır. Bu gün dünyada gedən məsələlərin Böyük Vətən müharibəsinin tarixinə heç bir təsiri olmamalıdır".

Politoloq tarixi hörmət və ehtiramla yad etmək lazım olduğunu vurğulayıb:

"Milyonlarla insanın yolunda canını qurban verdiyi, məşəqqətlə əldə etdiyi qələbəni və onun rəmzlərini inkar etmək doğru addım sayıla bilməz. Həm də o qələbə təkcə Rusiyanın qələbəsi deyil, bütün müttəfiq respublikaların, bütün sovet xalqının qələbəsidir. Ona görə də, Rusiyaya qarşı olan təbliğatı bütövlükdə sovet tarixinə yönəltmək doğru deyil. Məktəblərdə buna normal baxmaq lazımdır. Elə bayramlar, tarixi hadisələr var ki, bir xalqın yox, bütün bəşəriyyətin bayramıdır, simvoludur. Doğrudur, Müqəddəs Georgi lenti Yekaterina dövründə təsis olunub, çar Rusiyasının təltif vasitəsi olub, çar Aleksandr, Kutuzov və b. onu daşıyıb. Hətta bolşevik inqilabından sonra bolşeviklər onu ləğv edib, Ağqvardiyaçılar isə imperiyanın və monarxiyanın rəmzi kimi qoruyub-saxlayıblar. Hətta, çox maraqlıdır ki, İkinci dünya müharibəsi zamanı həm SSRİ-yə qarşı vuruşan mühacir ruslar, həm də sovet əsgərləri döyüşdə fərqlənənləri təltif etmək üçün ondan istifadə edib. Doğrudur, SSRİ-də o, Qvardiya lenti adlanıb, "Almaniya üzərində qələbəyə görə" medalını bəzəyib. Elə bu il Litva seymi, Moldova parlamenti ona qadağa qoydu. Bu, təkcə Rusiyanın və ya SSRİ-nin simvolu yox, həm də Rusiya və antirus dünyanın müzakirə obyektidir".

"Düşünürəm ki, simvollarla mübarizə aparmaq yox, tarixə real baxmaq lazımdır. Axı, həmin dövrdə Azərbaycan müstəqil respublika olmayıb, SSRİ-nin bir parçası olub və bizdən də çox insanlar bu medallarla təltif olunub. Onda biz A.A. Bakıxanov, M.F. Axundov, Mirzə Kazım bəy və digər ədiblərimizdən imtina edək ki, onlar Rusiya imperiyası dövründə yaşayıb-yaradıb, rus dilindən istifadə ediblər?! Bu, həmin dövrün reallığıdır. Tarixi reallıqlarla vuruşmaq yox, ona obyektiv baxıb, ondan düzgün nəticə çıxarmaq lazımdır"-deyə politoloq əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq
Hər gün içmək bu xəstəliklərə yol açır - SİYAHI
Təcili yardım maşını piyadanı vuraraq öldürdü

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı