Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6924
az

Prezidentdən bu rayonun sakinlərinə ŞAD XƏBƏR: 5 milyon ayrıldı

17:0510 Noyabr, 2018
1219
SİYASƏT
  • A
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Cəlilabad-Yardımlı avtomobil yolunun bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Oxu24.com  bildirir ki, sərəncamda altmış min nəfər əhalinin yaşadığı 59 yaşayış məntəqəsini birləşdirən uzunluğu 72 kilometr olan Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin ötən illərdə ayrılmış vəsait hesabına başa çatdırılaraq istifadəyə verildiyi bildirilir. Qeyd edilir ki, son illərdə hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar yolun ayrı-ayrı hissələrində sürüşmə və qabarma kimi deformasiyaların baş verməsi səbəbindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində çətinliklər yaranmışdır.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq Cəlilabad-Yardımlı avtomobil yolunun bərpası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 4 988 000 (dörd milyon doqquz yüz səksən səkkiz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı