Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69235
az

Təbii sakitləşdirici vasitələr

18:4407 May, 2022
211
  • A

Müasir insan daim stress və gərginliklərə məruz qalır. Nəticədə bir çox insanlar nevrozlardan, depressiyalardan, yuxusuzluqdan və s. pozulmalardan əziyyət çəkir.

Xalq təbabətində sinir sisteminin möhkəmləndirilməsi üçün müxtəlif və çox təsirli vasitələr var.

Bu vasitələrin arasında:

- Çobanyastığı çox yaxşı sakitləşdirici vasitədir. Gün ərzində 2-3 dəfə 1 fincan çobanyastığı çayı qəbulu əsəbləri sakitləşdirir. Çay belə hazırlanır: 1 çay qaşığı çobanyastığı otu 100 qr qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və qəbul edilir (çaya 1/2 qaşıq bal əlavə etmək olar). Lakin onu da nəzərə alın ki, çobanyastığı allergiyaya səbəb ola bilər. İshala meyilli insanlar da diqqətli olmalıdır- çobanyastığı işlədici təsirinə malikdir.

- 1 çay qaşığı badrənc otu, 1 çay qaşığı qurudulmuş nanə (və ya bir çimdik təzə nanə) və 2 dənə mixək 200 ml qaynar suda dəmlənilir və gün ərzində içilir. Nanə və badrənc otun tərkibində olan efir yağları sakitləşdirir, gərginliyi yox edir, yuxusuzluqla mübarizədə kömək edir. Əczaçılıq sənaye tərəfindən buraxılan bir çox sakitləşdirici preparatların tərkibinə məhz badrənc və nanə daxildir.

- Yuxusuzluqdan əziyyət çəkən insanlar qurudulmuş nanə yarpaqlarını tənzifdən olan kiçik torbaya yığıb yatmazdan əvvəl yastığın yanında qoyun. Bu onlara yuxuya daha tez getməyə kömək edəcək.

- Hər gün yatmazdan əvvəl isti vanna qəbul edin və suya 5 damcı aromatik yağ əlavə edin (nanə, qızılgül, adaçayı, lavanda, limon, portağal yağlarından istifadə etmək olar). Belə vannaları hər gün 1 ay ərzində qəbul edin.

- Sakitləşdirici vannalar çox təsirli vasitədir. Ümumillikdə isti su gərginliyi yox edir, sakitləşdirir. Suya sakitləşdirici dəmləmələrin əlavə olunması daha yaxşı effekt verir. Beləliklə, yatmazdan əvvəl isti vanna qəbul edin və suya çobanyastığı və pişikotu dəmləməsini əlavə edin (3 xörək qaşığı pişikotu və 3 xörək qaşığı çobanyastığı 1 litr qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və suya əlavə edin).


- Yatmazdan əvvəl xüsusi aromalampanın üzərinə 2-3 damcı aromatik yağ damızdırın və yarım saat ərzində bu ətirli hava ilə nəfəs alın.

- Darçın da insanın sinir sisteminə sakitləşdirici təsir edir. 1 fincan qaynar suya bıçaq ucunda darçın və 1 çay qaşığı bal əlavə edin. Gün ərzində 2 fincan çay qəbul edin.

- 2 xörək qaşığı pişikotu kökləri, 2 xörək qaşığı razyana, 2 xörək qaşığı zirə üzərinə 3 stəkan qaynar su əlavə edin, dəmləyin və gün ərzində 50 ml olmaqla 3 dəfə qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə 1/2 çay qaşığı bal əlavə etmək olar.

Bu vasitələrdən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
İtaliya Azərbaycana yeni səfir təyin etdi
Qarğıdalı alanda bunlara DİQQƏT EDİN