Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69217
az

Rusiya üçün şok: Şoyqu və Medvedev Prokurorluğa çağırıldı

08:5507 May, 2022
643
DÜNYA
  • A

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukraynanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına qəsddə şübhəli bilinir.

Oxu24.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Medvedev 16, 17 və 18 may tarixlərində Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin 2-ci bəndinə əsasən (Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığının pozulması) cinayət əməlində şübhəli şəxs qismində dindirilmək üçün Ukrayna Baş Prokurorluğuna çağırılıb.

Müdafiə naziri Şoyqu da şübhəli şəxs qismində həmin tarixlərdə dindirilməyə çağırılıb. O, eyni cinayət əməlini törətməkdə - bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq Ukrayna Konstitusiyası ilə müəyyən edilmiş qanunları pozmaqla Ukrayna ərazisinin və dövlət sərhədlərini dəyişdirmək məqsədi ilə qəsdən hərəkətlər etməyə çağırışlar etməkdə şübhəli bilinir.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Milli Qvardiyasının direktoru Viktor Zolotova da istintaqda ifadə vermələri üçün bildiriş göndərilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Maskla belə əyləndi- Video
Lavrov YUNESKO-nun baş direktorunu    tənqid     etdi
Ukrayna bu ölkədən 100 milyon dollar    yardım    alıb

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Vüqar Qurbanov bu xanımı baş həkimTƏYİN ETDİ - FOTO
86 milyon manatı ölkəyə qaytarmadı- Həbs edildi