88 yaşlı ingiltərəli qadının aşiq olduğu azərbaycanlı oğlanı "İTV xəbər" üzə çıxarıb.
OXU24.COM bizim.media-ya istinadən xəbər verir ki, Diana adlı ingiltərəli qadın pandemiya zamanı sosial şəbəkədə özündən yaşca çox kiçik bir azərbaycanlı gənclə tanış olub.
Qadın BBC-yə müsahibəsində bildirib ki, onlar son 3 ildə virtual sevgi yaşayıblar. Onun sözlərinə görə, azərbaycanlı oğlan onun 36 min funt sterlinqini oğurlayaraq yoxa çıxıb. O, axtarışa verilsə də, heç bir nəticə verməyib.
"İTV xəbər" baş verən hadisə ilə bağlı araşdırma aparıb və azərbaycanlı oğlanı tapıb.
Sözügedən şəxsin Faiq Məmmədov olduğu bilinib. Araşdırma nəticəsində bəlli olub ki, adıçəkilən şəxsin məsələdən heç bir xəbəri olmayıb. Onun fotolarından sosial şəbəkədə kimliyi məlum olmayan bir şəxs istifadə edilərək qadını aldadıb.
Oxu24.com
ŞƏRHLƏR