Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69192
az

Maqsud Mahmudova hökm oxundu

18:1906 May, 2022
209
CƏMİYYƏT
  • A
Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
 
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Maqsud Mahmudovun vəkili müdafiə çıxışı edib. O bildirib ki, Maqsud Mahmudov 1993-cü ildən sonra psixi pozğunluqla bağlı müalicə alıb və o, cinayəti törədərkən anlaqsız olub. Müdafiəçi buna görə də məhkəmə istintaqının yenidən təzələnməsi ilə bağlı vəsatət qaldırıb.
 
Dövlət ittihamçısı və zərərçəkmişlər vəsatətin rədd edilməsini istəyib.
 
Məhkəmə yerində müşavirə keçirərək vəsatəti rədd edib.
 
Maqsud Mahmudov son söz dedidkdən sonra məhkəmə müşavirəyə yollanıb.
 
Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Maqsud Mahmudov 14 il azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, prokuror Maqsud Mahmudovun ittihamlarda təqsirinin sübuta yetirildiyini bildirib və onun 14 il azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
 
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
 
İş üzrə 90 nəfər zərərçəkmiş var.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq
Hər gün içmək bu xəstəliklərə yol açır - SİYAHI
Təcili yardım maşını piyadanı vuraraq öldürdü

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
“Sako” ləqəbli tiktoker    həbs     edildi