Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69165
az

Üç ölkədən quşçuluq məhsullarının idxalına QADAĞA - RƏSMİ

19:4105 May, 2022
339
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-dan verilən məlumata görə, ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Qelma və Becaya əyalətlərində dabaq, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidində və Meksika Birləşmiş Ştatlarının Koauila ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasının Qelma və Becaya əyalətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Macarıstanın Çonqrad-Çanad inzibati ərazi vahidindən və Meksika Birləşmiş Ştatlarının Koauila ştatından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasından, Macarıstandan və Meksika Birləşmiş Ştatlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək? -AÇIQLAMA
Balıqları bişirəcəkdi, paketi açanda qışqırmağa başladı - VİDEO
Ağcaqayın şərbətinin olduqca faydalı xüsusiyyətləri ÜZƏ ÇIXDI

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin