Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putini tənqid edib.
Kadırov Putini məhz Ukraynada “yumşaq davrandığına” görə tənqid edib.
Kadırov Putindən tələb edib ki, Ukraynanın böyük şəhərlərini ələ keçirmək və onlara nəzarət etmək üçün ağır bombardmanlarını davam etdirsin: “Biz ikinci mərhələyə başlamalıyıq və Xarkov, Kiyev, Xerson daxil olmaqla bütün şəhərlərə tam daxil olub administrasiyanı qurmalıyıq”.
“Bizimlə əlaqə qurmaq istəyən digər ölkələrlə dialoqu davam etdirin. Onlar sanksiya istəyirlərsə, biz sanksiyalarla mübarizə apararıq, onlar müharibə istəyirsə, biz döyüşərik. Mən bir döyüşçü kimi dövlət rəhbərliyindən bu qərarı qəbul etməyi xahiş edirəm. Nə qədər tez olarsa, bir o qədər yaxşıdır. Putin, əmrini gözləyirik. Yoldaş Ali Baş Komandan, övladlarınız hazırdır”, - Kadırov bildirib.
Oxu24.com
ŞƏRHLƏR