Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69126
az

Azərbaycanlı jurnalistin oğlunu döyüb öldürdülər

20:2304 May, 2022
633
KRİMİNAL
  • A

Rusiyada azərbaycanlı jurnalist Larisa Cavanşirin oğlu öldürülüb.

OXU24.COM vesti.az-a istinadla bildirir ki, bu barədə jurnalist özü məlumat verib.

Onun sözlərinə görə, hadisə aprelin 25-dən 26-a keçən gecə Kaluqa vilayətində baş verib:

"Qətl oğlumun bir qrup şəxslə dincəlmək üçün toplaşdığı evdə olub. Səbəb məişət münaqişəsidir. Oğlum Teymur orada baş verən mübahisə zamanı qadınlardan birini müdafiə edirmiş. Bu zaman mübahisə edənlərdən biri Teymurla həyətə çıxıb. Həyətdə həmin şəxs oğlumu iki dəfə vurub, nəticədə Teymur kəllə-beyin travması alıb. Dərhal təcili tibbi yardıma məlumat verilmədiyi üçün oğlum dünyasını dəyişdi."

L.Cavanşirin sözlərinə görə, oğlu Teymur ailəli olub, 1 övladı var.

Qeyd edək ki, Larisa Cavanşir hazırda bakuinform.az informasiya portalının rəhbəridir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda yaşayış binasında YANĞIN: 5 nəfər...
Sevgilisi oğlanın özünü asacağını öncədən bilirmiş: ailəsinə intihar yerini də o deyib

Zaqataladan ACI XƏBƏR: 13 yaşlı yeniyetmə...

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO