Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69117
az

Qubada ata oğlunu niyə öldürüb? - TƏFƏRRÜAT - VİDEO

18:5204 May, 2022
487
KRİMİNAL
  • A

Qubada ata oğlunu ürəyindən bıçaqlayaraq qətlə yetirib.

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, dünən saat 19 radələrində 35 yaşlı Sərraf Vahabovun öldürülməsi barədə Quba Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin atası 65 yaşlı Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhrumun anası Çeşminaz Vahabova iddia edir ki, oğlu həyat yoldaşına Ramazan bayramında spritli içki qəbul etdiyinə görə irad bildirib. Bu zaman tərəflər arasında mübahisə yaşanıb.

Çeşminaz Vahabovanın iddialarına görə,  həyat yoldaşı oğlunu üzərində gəzdirdiyi bıçaqla öldürüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Nüsrət Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha tez-tez yerkökü və pomidor yeyin

20 yaşlı gənci maşın vurdu
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin