Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69104
az

SON DƏQİQƏ! Hava ilə bağlı xəbərdarlıq: Dolu gözlənilir

14:1104 May, 2022
453
SON DƏQİQƏ
  • A

Mayın 5-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə duman olacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 19-22° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bakıda dəhşətli anlar: Ölən var
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib: Lazımi cavab tədbirləri görüləcək