Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68996
az

NATO-Rusiya savaşı yaxınlaşır: Kreml buna nüvə müharibəsi ilə qarşılıq vəd edir

11:3301 May, 2022
3599
ÖZƏL BÖLÜM
  • A

Rusiyanın hərbi məğlubiyyəti ərəfəsində ABŞ və Qərb NATO qoşunlarını hərəkətə gətirməklə, Ukraynanın əlindən "qələbə çələngi"ni almış olacaq; Nəticədə Rusiyanın gələcək taleyi, kapitulyasiya aktının şərtlərini diqtə edən tərəfə çevrilə biləcək NATO üzərindən tamamilə ABŞ və Qərbin siyasi iradəsi altına düşəcək...
Rusiya öz tarixinin ən ağır dönəmlərindən birini yaşayır. Hətta indi Rusiyanın gələcək mövcudluğu belə, real təhlükə qarşısında qalıb. Və Kreml hazırda Rusiyanın xilas edilməsinə cəhd göstərir.

Məsələ ondadır ki, Ukrayna savaşı tamamilə Rusiyanın əleyhinə çevrilib. Kreml savaşa başlamazdan öncə qısa müddətdə Ukraynanı işğal edib, Rusiyanın tərkibinə qatacağına və bunu da bütün dünyaya qəbul etdirə biləcəyinə əmin idi. Ancaq indi elə vəziyyət yaranıb ki, savaş meydanında Ukraynadan daha çox Rusiyanın gələcək taleyi həll olunur.

Hətta son vaxtlar Rusiyanın parçalanacağı barədə müxtəlif iddialar daha intensiv müzakirə edilməyə başlayıb. Həmin iddiaların bəzilərinə görə, Rusiya parçalandıqdan son onun ərazisində çox sayda yeni dövlətlər yaranacaq. Yəni, ehtimal olunur ki, Rusiyanın parçalanmasının nəticələri təxminən keçmiş SSRİ-nin dağılmasına bənzər olacaq.

Ancaq bu iddialarla ziddiyyət təşkil edən tamamilə fərqli ehtimallar da var. Belə ki, hesab olunur ki, Rusiyanın parçalanmasından sonra yeni dövlətlərin yaranmasına imkan verilməyəcək. Əksinə, Rusiyanın ərazisi qonşu dövlətlər arasında bölüşdürüləcək. Rusiyanın məcburi müttəfiqi olan Çinin dövlət televiziya kanalı bu variantın daha inandırıcı olduğunu iddia edib. Çin dövlət televiziya kanalı hətta Rusiya ərazisilərinin qonşu dövlətlər arasında necə bölüşdürülə biləcəyini göstərən təxmini xəritə də hazırlayıb.

7e4ccf20b83ec7a50a88dc32cb0d0fc1.jpg (107 KB)

Təbii ki, belə iddiaların və xəritələrin gündəmə gətirilməsi Rusiyanın düşdüyü mövcud durumun nə qədər təhlükəli olduğunu göstərir. Böyük ehtimalla Kremldə də vəziyyətin ciddiliyini anlamamış deyillər. Kremlə yaxın siyasi dairələrin Rusiyasız dünyanın mövcudluğunun mümkün olmadığını vurğulayırlar. Bu, hər halda, belə bir təhlükənin ciddiləşə biləcəyindən narahatlığı göstərir.

Son həftələrdə Rusiya dövlət büdcəsindən maliyyələşən "propoqanda mərkəzləri" birmənalı şəkildə beynəlxalq rəqiblərə qarşı nüvə zərbəsi endirilməsinə yönəlik aqressiv çağırışlar edirlər. Çünki, Ukrayna savaşında qalıb gələ bilməyən və günlər keçdikcə daha çox məğlubiyyətə doğru yaxınlaşan Rusiyanın əlində artıq bundan başqa heç bir ciddi müqavimət vasitəsi qalmayıb. İndi yalnız dünyanı nüvə müharibəsi ilə qorxutmaqla, Rusiyanı xilas etmək mümkün ola bilər.

Maraqlıdır ki, hazırda Kreml dünyanı yalnız iki real təhlükə qaynağı ilə şantaj etməyə çalışır. Bunlardan birincisi III dünya müharibəsinin başlanma ehtimalının istisna təşkil etməsidir. Halbuki, Kreml bu mövzuda öz rəqiblərinə xəbərdarlıq etməklə, kifayətlənməyə üstünlük verir. Və III dünya müharibəsinin başlanmasında maraqlı olmadığını vurğulayır.

Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya özünü NATO ilə müharibə vəziyyətində hesab etmir. Ardınca isə rus nazir dünyanı nüvə müharibəsi ilə qorxutmağa cəhd göstərir: “Rusiya NATO ilə müharibə aparmır. Ancaq hadisələrin bu cür inkişafı nüvə müharibəsi risklərini artıra və nüvə müharibəsinə doğru bir addım ola bilər”.

30159778-cc9d-4dbf-ac41-d1ed809c3e1f.jpg (233 KB)

Halbuki, "nüvə müharibəsinə yol vermək olmaz" deyən rus nazirin fikirlərində kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Belə ki, xarici işlər naziri Sergey Lavrov nə qədər inkar etməyə çalışsa da, Rusiyanın hazırda məhz NATO ölkələri ilə müharibə apardığı inkaredilməz reallıqdır. Düzdür, rus nazirin də dediyi kimi, NATO qoşunları həqiqətən də Ukraynada Rusiya ordusu ilə birbaşa vuruşmur. Ancaq Ukrayna ordusunun məhz NATO silahları ilə Rusiya qoşunlarına ağır zərbələr endirdiyi inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, NATO ölkələri Ukraynaya həm maliyyə, həm də hərbi yardım göstərirlər. Bu hərbi-siyasi alyansın üzvləri öz büdcəsi hesabına ən müasir NATO silahlarının dəyərini ödəyib, Ukrayna ordusuna verirlər. Hətta Ukrayna hərbçilərinə müasir NATO silahlarından istifadə qaydalarını öyrənmək üçün qısamüddətli təlimlər də keçirlər. Yəni, əslində, Rusiya yalnız Ukrayna ilə deyil, həm də dolayısı ilə NATO-yla müharibə aparır. Və bu savaşı açıq aşkar uduzur.

Ancaq Kremlin qorxduğu daha önəmli bir məqam da var. Belə ki, Kreml savaş və beynəlxalq sanksiyalar Rusiyanı zəiflətdikcə, NATO-nun Ukrayna müharibəsində birbaşa iştiraka qərar verə biləcəyindən narahatdır. Hər halda, ABŞ və Qərbin Rusiya üzərində tarixi qələbəsini rəsmiləşdirmək üçün NATO qoşunlarını hərəkətə gətirməkdə maraqlı ola biləcəyi qətiyyən istisna deyil. Çünki, yeni dünya düzəninin siyasi çağırışları buna ehtiyac yarada bilər. Və bəzi məlumatlara görə, NATO-nun bir müddət öncə keçirilmiş növbədənkənar toplantısında bu barədə qərarın qəbul edilməsi yalnız bir üzv dövlətin vetosu ilə əngəllənib.

Bəzi ehtimallara görə, ABŞ və Qərb II dünya müharibəsinin sonlarında istifadə olunan taktikanı növbəti dəfə təkrarlamaq niyyətindədir. Belə ki, sovet qoşunları Almaniya ərazinə girərkən, anti-faşizm koalisiyası dərhal ikinci cəbhəni açmışdı. Nəticədə II dünya savaşında qələbəyə şərik çıxmışdı. Və Ukrayna savaşında da eyni təcrübə təkrarən istifadə edilə bilər.

1646034770_1646029332-750-450.jpeg (226 KB)

Məsələ ondadır ki, əgər, Rusiyanın hərbi məğlubiyyəti qaçılmaz xarakter daşıyarsa, NATO Ukraynaya dərhal qoşun yeridə bilər. Bununla ABŞ və Qərb onsuz da NATO-nun hərbi dəstəyi sayəsində Rusiya qoşunlarına müqavimət göstərə bilən Ukraynanın əlindən "qələbə çələngi"ni almış olacaq. Yəni, Ukrayna ordusu üzərindən aparılan savaşın əsl qalibinin məhz NATO olduğu bütün dünyaya birmənalı şəkildə elan ediləcək.

Təbii ki, bu, yeni dünya düzənində də böyük əhəmiyyət daşıyan biləcək hərbi-siyasi manevr olardı. Çünki bir tərəfdən, bu addımla savaşda məğlub olmuş Rusiyanın gələcək taleyinin müəyyən edilməsi prosesi NATO üzərindən tamamilə ABŞ və Qərbin siyasi iradəsi altına düşmüş olacaq. Çünki, Ukrayna savaşının son mərhələsində müharibəyə qatılmış NATO Rusiya ilə kapitulyasiya aktının imzalanmasında əsas söz sahibinə çevrilə biləcək. Və sülh müqaviləsinin şərtləri məhz NATO üzərindən diqtə ediləcək.

Digər tərəfdən isə, NATO bu addımla Çin də daxil olmaqla, ABŞ və Qərbin əsas beynəlxalq düşmənləri üzərində hərbi-siyasi və psixoloji üstünlüyü ələ keçirmək şansı qazanmasını təmin edə bilər. Ona görə də, hazırda Kreml bütün bu ehtimal olunan təhlükəli proseslərin qarşısını almağın yollarını axtarır. Yəni, bir tərəfdən Rusiyanın NATO ilə müharibə aparmadığı vurğulayır. Digər tərəfdən isə nüvə faktoru gündəmə gətirilməklə, ABŞ və Qərbin şantaj edilməsinə cəhd göstərilir.

Rusiya prezidenti Vladimir Putinin son açıqlaması da əslində, məhz bu məqsədə xidmət edir. Kreml sahibi deyib ki, Ukraynadakı vəziyyətə kənardan kimsə müdaxilə etsə, cavab ildırımsürətli olacaq. Əslində, prezident Vladimir Putin də NATO-nun Ukrayna savaşına kənardan müdaxilə etdiyini hamıdan yaxşı bilir. Ancaq bu müdaxilənin birbaşa xarakter alaraq, rəsmiləşdirilməsinin Rusiyanın sonu olacağını da nəzərə alır. Ona görə də, Kreml sahibi "ildırım sürəti cavab" vəd etməklə, NATO ölkələrinə nüvə zərbəsi endirilə biləcəyinə eyham vurur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Paytaxt sakininin kartından  oğurluq    edildi