Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68945
az

Yerli bazarın əsas tədarükçüsünün anbarı yandı: Yağ bahalaşacaq? 

21:5629 Aprel, 2022
5430
OXU24 TV
  • A

''Dünən ''Azərsun Sənaye Parkı''nın ərazisində baş vermiş yanğın duru yağların qiymətinin artmasına səbəb olacaq''. Məsələni şərh edən iqtisadçı ekspert Xalid Kərimli bu fikirdədir. Onun sözlərinə görə qiymət artımı təkcə bu amillə bağlı deyil. Çünki Ukrayna-Rusiya müharibəsi nəticəsində qlobal bazarda bu məhsulun bahalaşması müşahidə edilirdi. Dünənki yanğın bahalaşma ilə bağlı proqnozları reallığa daha da yaxınlaşdırmış oldu. 

"Azərsun Sənaye Parkı"nın ərazisində baş verən yanğın duru yağların qiymətini aktuallaşdırır. İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, yaxın vaxtlarda məhsulun qiymətində artım qeydə alına bilər. 

''Azərsun'' holdinqdənin yaydığı açıqlamada isə qeyd edilib ki, yanğın nəticəsində "Sun Food" MMC-yə məxsus anbarlara ciddi ziyan dəysə də, şirkətin Xırdalan və digər ərazilərdə yerləşən anbarlarında kifayət qədər yağ ehtiyatı mövcuddur. ''Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq''-deyə açıqlamada vurğulanıb. 

Xalid Kərimli qeyd edib ki, duru yağın qiymətin artacağı ilə proqnozlar təkcə dünənki yanğınla bağlı deyil. Onun sözlərinə görə son dövrlər dünya bazarında da bu məhsulun bahalaşması müşahidə edilir. Belə ki, mart ayından etibarən duru yağın qlobal qiymət indeksi 23,2 faiz artıb. Ekspert əlavə edib ki, yerli bazara təsir edən əsas amillərdən biri də Ukrayna-Rusiya arasında davam edən müharibədir.  

Xalid Kərimli qeyd edib ki, vurğulayıb ki, sadalalan səbəblərdən duru yağın qiymətinin bahalaşacağı qaçılmazdır. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Tramvay yandı - VİDEO
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü