Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda boya və lak istehsalı fabrikində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Oxu24.com “TRT HAber”ə istinadən xəbər verir ki, bu barədə Tuzla rayon bələdiyysinin sədri Şadi Yazıçı bildirib.
Qeyd olunub ki, yaralananlardan 3-nün vəziyyəti ağırdır. Bələdiyyə sədrinin sözlərinə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib və yanğın nəzarət altına alınıb.
Yanğının səbəbləri araşdırılır.
Oxu24.com
ŞƏRHLƏR