Ötən il Azərbaycanda fahişəliyə cəlb etmə faktı ilə bağlı aşkarlanan cinayətlərin statistik məlumatları açıqlanıb.
Oxu24.com-un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.
Qeyd edilib ki, 2021-ci ildə ölkədə fahişəliyə cəlb etməyə görə 56 fakt aşkar edilib.
Əxlaqsız yuvaları saxlamaya görə isə 19 fakt aşkarlanıb.
Xatırladaq ki, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin sabah- aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq.
Oxu24.com
ŞƏRHLƏR