Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6885
az

Mahnı dağlarda qaldı! Əlvida,Amaliya Pənahova!

10:5209 Noyabr, 2018
1116
CƏMİYYƏT
  • A
  
Azərbaycanın  tanınmış  aktrisası  Amaliya Pənahova 73 yaşında vəfat edib. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti bir sıra obrazlarla tamaşaçıların yaddaşında qalıb. Bu gün onunla vida mərasimi keçirilir.

 Oxu24.com sevimli sənətkarla bağlı yazını təqdim edir:

O, teatr və kino sahəsində 500-dən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolların adını çəkmək olar. Eyni zamanda rejissor kimi də özünü sınayaraq 12 tele və teatr tamaşasına quruluş verib. Bir çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır.

Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul"u xüsusi qeyd etmək yerinə düşər.

"Babək" filmindəki "Zərnisə", "Arxadan vurulan zərbə" də "Ziba", Qərib cinlər diyarında filmindəki "Zərri", "Qanun naminə" filmində "Balış" vəs obrazları aktrisaya böyük tamaşaçı rəğbəti, bitməyən sevgi qazandırıb.

Xalq artisti 1994-cü ildən pedaqoji fəaliyyətə başlayıb və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinin müəllimi olub.

Bu gün onu sevən və xatirəsini hörmətlə yad edənlər arasında tələbələri də var. Hansı ki, onların əksəriyyərini 1992-ci ildə yaratdığı Bakı Bələdiyyə Teatrına işə cəlb etmişdi və daima onların yaradıcılıq imkanlarının üzə çıxarılmasında maraqlı idi.

 
A.Pənahova 2000-2005-ci illərdə Milli Məclisin deputatı seçilib, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.

O, aktyor və teatr xadimi Yusif Muxtarovun həyat yoldaşı olub. Müsahibələrində mərhum yoldaşından sevgi ilə danışardı.

A. Pənahova bir sıra ölkələrdə səfir işləmiş diplomat İlqar Muxtarovun anasıdır.

Aktrisa uzun müddət uşaqlıq boynunun xərçəngi xəstəliyindən əziyyət çəkirib. Amma daima yaradıcılığı ilə gündəmə gələn sənətçi bunu ictimaiyyətdən və mətbuatdan gizlətməyə çalışırdı. O, həmişə sevənlərinin yaddaşında mübariz qadın obrazlarının yaradıcısı kimi qalmağı arzulayırdı. Şübhə yox ki, sevilən aktrisa bu arzusuna çatdı...

Allah rəhmət etsin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ