Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68835
az

“İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilib

16:1827 Aprel, 2022
159
CƏMİYYƏT
  • A

Nazirlər Kabinetinin “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilib.

"OXU24.COM"un xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Həmin yarımbənddə insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin daha səmərəli həyata keçirilməsi, insan alverinə qarşı mübarizədə koordinasiyanın gücləndirilməsi məqsədilə müvafiq idarələrarası komissiyanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun hüquqi statusuna yenidən baxılması, ixtisaslaşmış qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar cəlb edilməklə tərkibinin yenidən formalaşdırılması nəzərdə tutulub.

Qeyd edilən yarımbəndin icrası ilə əlaqədar insan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın hüquqi statusuna dair məsələlərin tənzimlənməsi məqsədilə adıçəkilən Qərar qəbul edilib.

Bundan sonra İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üçün yaradılmış idarələrarası komissiyanın tərkibi aidiyyəti təşkilatların rəhbər müavinlərindən və bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət olmaqla yenidən formalaşdırılacaq, idarələrarası komissiyanın təklifi və qarşı tərəfin razılığı əsasında müvafiq beynəlxalq təşkilatların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin komissiyanın işinə cəlb edilməsi mümkün olacaqdır. Həmçinin idarələrarası komissiyanın fəaliyyətinin təmin edilməsi, vəzifə funksiyaları və s. məsələlər dəqiq tənzimlənəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtkin düşən gənc tapıldı
Gəncədə ağır qəza: ölən var
Göz önündə qəribə naxışlar niyə yaranır?

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO