Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68810
az

Nazirliyin qarşısında özünü yandıran GÖRÜN KİM İMİŞ...

23:1426 Aprel, 2022
595
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün Daxili İşlər Nazirliyinin qarşısında özünü yandıran şəxsin kimliyi müəyyənləşib.

Oxu24.com  xəbər verir ki, nazirliyin qarşısında üzərinə yandırıcı maye tökərək, özünü yandıran şəxsin Türkiyə vətəndaşı, 32 yaşlı A.K. olması dəqiqləşib.

Məlum olub ki, bir neçə gün əvvəl kommunal idarənin əməkdaşları onun paytaxtın mərkəzində yerləşən “Tarqovı” məhəllə adlanan ərazidəki mənzildə qanunsuz inşa etdiyi eyvanı sökməsini tələb edib. A.K. isə bundan imtina edib və nəticədə dövlət qurumu tarixi və arxitektura əhəmiyyətli binada Türkiyə vətəndaşının inşa etdiyi eyvanı söküb.

Bundan sonra A.K. nazirliyin qarşısına gələrək, özünü yandıracağını bildirib və qəfil üzərinə yandırıcı maye tökərək özünə od vurub. Araşdırmalar zamanı o da məlum olub ki, A.K. bir neçə il əvvəl də paytaxtın mərkəzindəki digər evində qanunsuz tikinti işləri aparıb və həmin vaxt da aidiyyəti dövlət qurumları ilə problem yaşayıb. Hətta ərazi üzrə kommunal idarənin rəhbərliyindən prokurorluğa şikayət edib.

Qeyd edək ki, A.K. Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır. A.K.-ni söndürərkən bir polis əməkdaşı da xəsarət alıb.

Qafqazinfo

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın: Yaralı var
Taleh Kərimov qəfil vəfat edib
Gürcüstan niyə matəm elan etdi?

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb