Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68787
az

Akif Çovdarovun oğlu Bakıda yeni şirkət açdı

16:2526 Aprel, 2022
207
  • A

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun oğlu yeni şirkət açıb.

Çovdarov Ruslan Akif oğlu bu ilin fevralın 5-də “RANT GROUP” MMMC-ni qeydiyyatdan keçirib.

Reyestr sənədlərində şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid ev. 100,102,104,106,106a,106b. göstərilib.

MMC-nin ilkin kapitalı 100 manatdır, qanuni təmsilçisi isə Ruslan Çovdarovdur.

Qeyd edək ki, 2015-ci ildə 12 il müddətinə həbs olunan Akif Çovdarov Prezident İlham Əliyevin aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azad olunub.

Akif Çovdarov həbs olunan kimi oğlu Ruslan Çovdarov Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin sektor müdiri vəzifəsindən azad edilib. Milli Məclisin mətbuat xidmətinin sabiq rəhbəri Akif Təvəkküloğlu mediaya verdiyi açıqlamasında Ruslan Çovdarovun öz ərizəsi ilə işdən azad edildiyini bildirmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İllərdir səhv bilirikmiş - Limonun özü deyil, qoxusu qan təzyiqini aşağı salır
Bu ərazidə işıq olmayacaq
Sürətlə fırlanan Yeri dayandırmağın yolu tapıldı: Görün alimlər nə fikirləşib

Bu gölə toxunan hər şey daşa dönür - Təkcə bu canlıdan başqa

18+

Deputat turisti zorladı
Tıxacda qalanlara ŞAD XƏBƏR! Yeni yol çəkilir - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Alimlər piy əridən 5 məhsulun adını çəkdilər
4 uşaq anası ərinin qanını tökdü