Britaniya kəşfiyyatının məlumatına görə, 62 gündür davam edən Rusiya-Ukrayna müharibəsində təxminən 15 minə yaxın rus hərbçisi həlak olub.
Bu barədə Britaniyanın Müdafiə naziri Ben Uolles məlumat verib. O, bildirib ki, Rusiya müharibədə 2000-dən çox zirehli maşınını, 530 tankını, 530 zirehli transportyorunu, 560 piyada döyüş maşınını və 60-dan çox helikopter və döyüş təyyarəsini itirib: “Mən heç kimin həyatını itirməsini qeyd etmirəm. Sadəcə rus əsgərlərinin böyük itki nisbətlərini görəndə, keçmiş hərbçi kimi düşünürəm ki, bu, həmin gənclərə qarşı xəyanətdir”.
Onun sözlərinə görə, Ukraynadakı Rusiya taborunun taktiki qruplarının təxminən dörddə biri itkilər nəticəsində döyüş effektivliyini itirib: “Bizim qiymətləndirmələrimizə görə, Rusiya Ukraynadakı hərbi gücünün 30 faizini itirib”.
Məlumatda qeyd olunur ki, qarşıdakı üç həftə Rusiya-Ukrayna müharibəsinin gələcək taleyilə bağlı kritik önəm kəsb edir. Bu səbəbdən də Ukrayna ordusunun uzaq mənzilli artilleriya sistemlərinə, eləcə də gəmi əleyhinə raketlərə böyük ehtiyacı olacaq.
Oxu24.com
ŞƏRHLƏR