Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68728
az

SON DƏQİQƏ! Ermənilər hücuma cəhd edib : RƏSMİ XƏBƏR

18:4324 Aprel, 2022
1949
CƏMİYYƏT
  • A

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib.


Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  Oxu24.com-a verilən xəbərə görə, Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınıb və diversantlar geri çəkilməyə məcbur ediliblər.
Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir. Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb.
Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hal bir daha baş verərsə tərəfimizdən daha ciddi tədbirlər görüləcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hökumət vətəndaşlara smartfon almaq üçün PUL VERƏCƏK -Bu ölkədə...
Əsirlikdən azad edilən ukraynalıların SAYI AÇIQLANDI
"AZAL"ın təyyarəsinin qəza səbəbi ilə bağlı ilkin hesabat bu tarixdə açıqlanacaq

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...