Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68656
az

Bronxial astma və oxşar xəstəliklər üçün işlədilən aerozol orucu pozur?

00:4622 Aprel, 2022
444
  • A

Sual: Başda bronxial astma olmaqla bir çox xəstəliyə qarşı müalicə vasitəsi kimi işlədilən aerozollar orucu pozurmu?

Cavab: Din işləri üzrə ali şuranın nəfəs darlığı çəkənlərin işlətdikləri və camaat arasında "fıs fıs" deyilən dərmanlarla əlaqədar bir qərarı var. Həmin qərar aşağıdakı kimidir:

"Ağ ciyər xəstələrinin işlətdikləri aerozoldan bir dəfədə 1/20 ml kəmə çox kiçik bir miqdar ağıza sıxılır. Bunun da böyük bir hissəsi ağız və nəfəs yollarının divarında əmilib yox olur. Ondan yerdə bir qədərin qalıb tüpürcək ilə mədəyə getdiyinə dair dəqiq bir məlumat da yoxdur. Dəstəmaz aldıqda ağızda qalan su ilə müqayisədə bu miqdar çox azdır. Halbuki, oruc tutan şəxsin dəstəmaz aldığı vaxt ağzına verdiyi sudan qalan miqdarın mədəyə getməsi halında orucu pozulmur. Çünki bununla əlaqədar hədis ((Darimi, Sünən, 21.)) və İslam alimlərinin icması var.

Əlavə olaraq, misvakdan qalan bəzi qırıntılar və kimyəvi maddələr mədəyə gedir. Bu, qaçılmaz bir haldır. Buna baxmayaraq həzrəti peyğəmbər oruc ola-ola misvakdan istifadə edib. ((Buxari, Savm, 27; Tirmizi, Savm, 29.)) Digər tərəfdən "Qəti olaraq bilinən bir şey şübhə ilə pozulmur" qaydasına əsasən mədəyə çatıb çatmadığı şübhəli olan bu şeylə oruc pozulmur.

Ona görə də bronxial astma xəstələrinin sağlamlığı oruc tutmaq üçün əlverişli olan və başqa xəstəlikləri də yoxdursa, rahat nəfəs almağı təmin etmək məqsədilə ağıza püskürtdükləri oksigenli dərman orucu pozmaz." ((22/09/2005 tarixli "Orucu pozan və pozmayan müayinə və müalicə metodları" başlıqlı qərar.))

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şahin Bağırov iki rəisi işdən çıxardı
Azərbaycan XİN Çinə başsağlığı verdi
Prezident yerli televiziya kanallarına müsahibə verdi -FOTO

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü