Qaynar xətt:

(+99450) 247 90 86

Bayden Rusiya gəmiləri ilə bağlı yeni qadağanı açıqladı

CƏMİYYƏT

483

21.04.2022, 22:09

ABŞ Prezidenti Co Bayden Ukraynaya ümumilikdə 1,3 milyard dollarlıq əlavə yardım edəcəklərini açıqlayıb.

Bayden çıxışında Rusiya bayrağı altında üzən gəmilərin ABŞ sahillərinə girə bilməyəcəyini, müharibədən qaçan ukraynalıların isə birbaşa ABŞ-a daxil ola biləcəyini deyib.

“Limanlarımızda Rusiya bayrağı daşıyan gəmilər olmayacaq. Onlar sahillərimizə belə girə bilməyəcəklər”, - deyə Bayden bildirib.