Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68634
az

Vahid Ələkbərov "LUKOYL"un rəhbərliyindən çıxıb

14:1321 Aprel, 2022
490
SON DƏQİQƏ
  • A

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edib.

Oxu24.com  xəbər verir ki, məlumatı TASS yayıb.

“Bu gün Direktorlar Şurasının sədrinə istefa ərizəsi ilə bağlı müraciət göndərib. Səhmlər onun tam nəzarəti altında deyil. Şirkətin səhmlərinin 3,12 faizi ona məxsusdur, onun səsvermə hüququ yoxdur", - şirkətdən bildiriblər.

Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda, Bakıxanov qəsəbəsində (o vaxtkı Razin) anadan olub.

O, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. İqtisad elmləri doktorudur. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək “LUKOYL” şirkətinə prezidentlik edirdi. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləklə bağlı XƏBƏRDARLIQ
Bu ərazilərdə qaz olmayacaq
Bu bələdiyyələr birləşdirildi- SİYAHI

Dəvələr haqda maraqlı məlumatlar

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Dişləri ev şəraitində belə ağartmaq mümkündür — RESEPT

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR