ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyaların əhatə dairəsini genişləndirib.
Oxu24.com-un xəbərinə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sanksiya Vaşinqtonun tətbiq etydiyi məhdudiyyətlərdən yayınmaq istəyənlərə şamil olunur.
Yeni sanksiyalar “Transkapitalbank” və “İnvestorqbank”a şamil olunur. Bu qurumlarla bütün əməliyyatlar 20 may 2022-ci ilədək başa çatmalıdır.
Bundan başqa “Otkrıtie” bankının da 16 əməkdaşına da sanksiya tətbiq edilib.
Oxu24.com
ŞƏRHLƏR