ABŞ-ın Kaliforniya ştatında qətl ittihamı ilə 32 il həbsdə olan şəxs günahsız olduğu üçün sərbəst buraxılıb.
Xoakin Siria 1990-cı ildə San-Fransiskodakı bir xiyabanda mübahisə etdiyi şəxsi başından güllələyərək öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.
Lakin son 18 ayda aparılan araşdırmalar nəticəsində onun günahsız olduğu üzə çıxıb. San-Fransisko dairəsinin prokuroru Cesa Boudin bildirib ki, hazırda 61 yaşı olan afroamerikalı vaxtilə yalan ifadələr və polisin qanunsuz davranışı nəticəsində silahla qətlə yetirilməkdə təqsirli bilinib.
Mənbə: TRT
Oxu24.com
ŞƏRHLƏR