Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68619
az

Oruc Kəffarəsi

08:2121 Aprel, 2022
403
CƏMİYYƏT
  • A

Sual: Ramazanda orucunu qəsdən pozanların, kəffarət olaraq 61 gün oruc tutmaqlarına fətva veriblər. Bu fətva nə dərəcədə doğrudur və nəyə əsaslanır?

Cavab: Orucu qəsdən pozmağın kəffarəsi ilə əlaqəli Sünni və Şiə fətvalarını araşdırdığımız zaman, bu fətvaların Allahın kitabına əsaslanmadıqlarını görməkdə və bunun belə olduğunu özləri də etiraf etməkdədir.

Əhli-Sünnə, Ramazanda qəsdli şəkildə orucunu pozan bir şəxsin kəffarət olaraq 61 gün arxa-arxaya oruç tutması vacib olduğuna fətva veriblər.

Əhli-Şiə isə, Ramazanda qəsdli şəkildə günortadan sonra orucunu pozan bir şəxsin kəffarət olaraq ya 10 kasıbı doyurması ya da 3 gün oruç tutması vacib olduğuna fətva veriblər.

Burada əhli-Sünnə alimləri, "Ramazanda qəsdən orucunu pozana zihar[1] kəffarəsi" lazımdır deyərək, Mücadilə surəsinin 2 və 4-cü ayələrində keçən zihar kəffarəsini, qəsdən oruc pozanlara da şamil etməkdədir.[2]

Əhli Şiə alimləri isə Maidə surəsi 89-cü ayəsində bildirilən and içmə kəffarəsi ilə əlaqəli hökmü, qəsdən oruç pozana tətbiq etmişlər.[3]

Halbuki, Quranda orucu qəsdən pozanlara hər hansı bir kəffarətin lazım gəldiyinə dair hər hansı bir hökmün olmadığı görülməkdə və səhih hədislərdə də orucunu qəsdən pozanın, ömür boyu oruc tutsa yenə də o pozduğu orucun əvəzini verməyəcəği bildirilməkdədir. Bilavasitə belə bir şəxsin tövbə edib, bir daha həmin günaha girməməsi lazımdır. Məsələn, bu kimi hədislərin birində:

"Kim Ramazan ayından bir günün orucunu üzrsüz yerə və xəstəliyi olmadığı halda pozsa, (sonra) ömür boyu oruc tutsa, yenə də o pozduğu orucun əvəzini verməz". (Buxari, Savm/oruc, 29)

İndi isə əhli-Sünnə kitablarında qəsdən orucunu pozanlarla əlaqəli rəvayət etdikləri hədislərə nəzər salaq. Bu barədə iki hədis rəvayət edilməkdə və oruç kəffarəsi ilə əlaqəli hökm, bunların mətnə əlavə qatılmış/müdrəci üzərinə bina edildiyini görməkdəyik.

Hədis belədir:

"Bir nəfər gəlib, "həlak oldum ey Allahın elçisi!" dedi. Allahın elçisi, "səni həlak edən nədir?"- deyə soruşur. Gələn adam, "Ramazanda gündüz vaxtı zövcəmlə cinsi əlaqəyə girdim"- deyə, cavab verir. Elçi, "bir qul azad edə bilərsənmi? deyəndə, həmin adam, "xeyr"- dedi. Bunun üzərinə bəs "iki ay arxa-arxaya oruç tuta bilərsənmi?" deyə soruşdu. Adam, "xeyr" dedi. Elçi bu səfər ona altmış yoxsulu doyurub-doyura bilməyəcəyini soruşdu. Adam, yenə "xeyr" dedi. Elçi, adama oturmasını buyurdu və adam da oturdu. Bu arada Elçiyə içi xurma dolu bir səbət gətirildi. Elçi, "al bunu payla" dedi. Adam, "məndən daha kasıbı yoxdu" deyincə, Allahın elçisi arxa dişləri görünənə qədər güldü və "al və ailənə payla"- dedi.[4]

Əbu Hüreyrə tərəfindən, "bir nəfər gəldi" deyə rəvayət edilən hədisin əsli və gələnin kim olduğunu bildirən və o cümlədən bu rəvayətin oruçla deyil, zihar kəffarəsi ilə əlaqəli olduğunu göstərən digər hədis aşağıdakı kimidir:

Hadisəni bizzat yaşayan şəxsin özü Sələmə ibn Sahr, deyir ki; "Qadınlara düşkün biri idim. Ramazanda bir şey olar deyə, ona Ramazan boyu davam edəcək bir zihar yəni, "sən mənə anam kimisən" dedim. Zövcəm mənə xidmət edəndə, bədənindən bir yer açıldı və dayana bilməyib onunla cinsi əlaqəyə girdim. Səhəri günü gedib Peyğəmbərə vəziyyəti xəbər verdim. Nəbi: "Bunu sən elədin?!"-deyə, iki kərə təkrarladı. Mən: "Bəli mən bunu elədim. Sən, ey Allahın elçisi! Sənə göstərdiyi şəkildə hökmünü ver, mən səbr edərəm" dedim.

Rəsulullah (ə.s.), "bir əsiri hürriyyətinə qovuşdur!" dedi. Boynumu göstərərək, "bundan başqa bir varlığım yoxdur ki!" dedim. Elə isə "arxa-arxaya iki ay oruç tutacaqsan!" buyurdu. Bunu deyəndə, "elə başıma nə gəldisə, oruc üzündən gəldi ya Rəsuləllah!" dedim. Elə isə, "altmış kasıba biraz xurma payla!" dedi. Mən: "Vallahi! mən və zövcəm, gecəni ac olaraq keçirdik" deyincə, "sədəqə mallarına baxan məmura get, xurmaları sənə versin, sən də altmış kasıba payla. Qalanı da ailənə yedir!" dedi.

Sahr, ailəsinə dönəndə belə deyir: "Rəsulullahın yanında genişlik və rəfah tapdım."[5]

Görüldüyü kimi; rəvayət oruçla əlaqəli deyil, ziharla əlaqəlidir.

Məzhəblər, hadisəni bizzat yaşayan Sahrın nəql etdiyi bu hədisi deyil, Əbu Hüreyrənin bilmədiyi bir şəxslə əlaqəli nəql etdiyi müdrəc[6] rəvayəti əsas almış və fətvanı da bu rəvayətə dayandırmışlar. Halbuki, hədis və fiqh alimlərindən bir çoxu, Əbu Hüreyrənin bu rəvayətində yer alan "Ramazanda gündüz vaxtı" sözü hədis mətninə sonradan əlavə edildiyini, deyirlər.[7] Beləliklə, hadisə zihar kəffarətindən çıxarılıb, oruç kəffarəsinə çevrilmişdir.

Faciə bununla da bitmir:

Əbu Hüreyrənin bu rəvayətindən Hənəfi və Maliki fəqihlər, "Ramazanda bir kimsə qəsdən orucunu yeyib-içməklə və cinsi əlaqə ilə pozarsa, həmin insana arxa-arxaya 61 gün oruç kəffarəti lazımdır" fətvasını çıxarmışlar.

Şafi və Hənbəli fəqihlər isə, "Ramazanda bir kimsə sadəcə cinsi əlaqəyə girsə, həmin insana arxa-arxaya 61 gün oruç kəffarəti lazımdır" demişlər. Çünki, rəvayətdə yemək-içməkdən deyil, təkcə "cinsi əlaqədən bəhs edildiyini" bildirmişlər.

Nəticə etibarilə, din xadimlərinin Qurana əsaslanmadan ortaya qoyduğu bir çox hökmlər, dində problemlər və parçalanmalar meydana gətirməkdədir. Bunu mövzuyla əlaqəli bir nümunə ilə izah edərsək, məsələn:

Eyni ailədən ər və arvad, biri Hənəfi digəri Şafi olarsa və bunlar birlikdə Ramazanda oruclarını pozsalar, biri bir gün digər altmışbir gün qəza etməsi lazımdır. Bir də bunların boya başa çatmış övladları hər biri fərqli məzhəbdən olsa, o zaman o ailənin düşdüyü vəziyyəti siz düşünün. Belə bir ailəyə qonaq gələn və İslama girmək istəyən biri, hansının yoluna uyacaqdır və haqlı olaraq onlara: "Dinimiz birdir deyirsiz amma yolunuz fərqlidir, bu necə olur?" deyə, etiraz etməzmi?

Xülasə; ənənəvi dinin qəbul etdiyi oruç kəffarətinin Allahın kitabında və Rəsulullahın tətbiqatlarında hər hansı yeri və izi yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Zihar, ərəb dilində "sırt", arxa, bel" deməkdir. Ərəblər, arvadlarını boşamaq, aşağılamaq və onlarla cinsi yaxınlıq etmək istəmədikləri zaman onları öz analarına bənzədərək, "sən mənim anamın beli kimisən" deyərdi. Quran, onların bu iyrənc adətlərini ortadan qaldırmaq üçün zihar ayəsini nazil etmiş və bir də buna tənəzzül edənlərə ağır cəza yükləmişdir.

[2] "Sizlərdən öz qadınlarını (anaya bənzədərək) özlərinə haram edənlərin zövcə­­ləri onların anaları deyillər. Anaları ancaq onları doğmuş qadınlardır. Onlar yaramaz və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, Bağışlayandır. Qadınlarını (anaya bənzədərək) özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır. (Buna imkan) tapa bilməyən kəs, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir. (Mücadilə, 58/2-4.)

[3] "Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. (Kəffarə vermək üçün bir şey) tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra poz-duğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz." (Maidə, 5/89.)

[4] Buxari, əl-Camius-səhih, Qahirə, 1400, Savm, 30; Tirmizi, əl-Camius-səhih, Beyrut, trs., Savm, 28.

[5] Əhməd ibn Hənbəl, "Müsnəd", 4/37.

[6] Mətnə əlavə qatılmış hədis rəvayətlərinə müdrəc deyilir.

[7] İbn Həcər əl Əsqalani, "əl Dirayə" Beyrut, trs., I, 280; Merginani, əl Hidayə, İstanbul, 1986, I, 125.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lətif Cəfərov vəfat etdi
Azərbaycanda həkim vəfat etdi
Merkel Makron üçün darıxdığını ETİRAF ETDİ -Bu keyfiyyətlərini sevir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz   verilə     biləcək
Dələduzluğa görə axtarışda olan 13 nəfər tutuldu