Hüquq-mühafizə orqanları Moskvada qadını liftdə xüsusi qəddarlıqla qətlə yetirməkdə şübhəli bilinən şəxsi yaxalayıblar.
Femida.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. 1991-ci il təvəllüdlü Rövşən Şabanovun Azərbaycanda keçmiş polis əməkdaşı olduğu, daha əvvəl vətənində DİN orqanlarında qulluq etdiyi müəyyən edilib.
Şübhəlinin daha əvvəl Çertanovo rayonunda bir neçə oğurluq faktı törətdiyi bildirilir. Qətli də oğurluq üstündə törətdiyi istisna edilmir.
Qeyd edək ki, cinayət hadisəsi Rusiyada, bu ilin noyabrın 6-da gecə saatlarında baş verib. Qonşuları liftdə 1966-cı il təvəllüdlü qadının meyitini aşkarlayıblar.
Baxış zamanı qadının bədənində 10-dan çox bıçaq yarası aşkar edilib. Oxu24.com
ŞƏRHLƏR