ABŞ və müttəfiq ölkələrin liderlərinin Rusiya və Ukrayna ilə bağlı videobağlantı vasitəsilə məsləhətləşmələri baş tutub.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, video-görüş təxminən bir saat yarım davam edib.
Görüşdə Vaşinqton administrasiyasının rəhbəri ilə yanaşı, Böyük Britaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, Fransa, Almaniya, Yaponiya liderləri, həmçinin Avropa Komissiyasının sədri, Avropa İttifaqı Şurasının rəhbəri və NATO-nun baş katibi iştirak edib.
Bundan əvvəl Ağ Ev məlumat vermişdi ki, məsləhətləşmələr zamanı Bayden Rusiya Federasiyasına qarşı tədbirlərin əlaqələndirilməsi və Ukraynaya dəstək məsələlərini müzakirə etmək niyyətindədir.
Oxu24.com
ŞƏRHLƏR