Rusiya hərbçiləri bazar günü, aprelin 17-də Xarkovu raket atəşinə tutub. Şəhərin mərkəzi hissəsi zərər çəkib və atılan mərmilər nəticəsində yanğınlar baş verib.
Oxu24.com bildirir ki, bu barədə məlumatları "Suspilnı"yə vilayət hərbi idarəsinin Səhiyyə Departamentinin direktoru Maksim Xaustov verib.
Məlumata görə, 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Xilasedicilər hadisə yerindədir.
Sizə təqdim etdiyimiz video yerli Telegram kanallarında yayılıb, hücum zamanı çəkilmişdir.
Kadrlarda həkimlərin yaralılarla necə davrandığı əks olunub.
Bu arada atışma davam edir.
Video: APA TV
Oxu24.com
ŞƏRHLƏR