Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68483
az

Rusiyadan qayıdan kişi müəllim arvadının başını niyə kəsib? - Hadisə yerindən video

20:0417 Aprel, 2022
2451
  • A

Zaqatalada dəhşətli hadisə yaşanıb. 37 yaşlı ər əvvəlcə özü ilə eyni yaşda olan həyat yoldaşının boğazını kəsərək onu qətlə yetirib, daha sonra isə intihar edib. Məlumata görə, hadisəni törədən Qılman Həsənov uzun müddət Rusiyada işləyib. Evinə isə bir müddət əvvəl qayıdıb.  Öldürülən  Xavər Həsənova isə yaşadıqları Yuxarı Çardaqlar kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi olub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Öncə həyat yoldaşını öldürdü, daha sonra isə özü intihar etdi.

Ər həyat yoldaşının boğazını kəsərək qətlə yetirib. Hadisə dünən gecə saatlarında Zaqatala rayonunda baş verib.Kənd sakini 37 yaşlı Qılman Həsənov münaqişə zəmnində bıçaqla həyat yoldaşı 37 yaşlı Xavər Həsənovanı qətlə yetirib. 

Xavər  Həsənova yaşadığı Yuxarı Çardaqlar kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyib. Qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiya dövlətində işləməyə gedib. Onun bir müddət əvvəl Rusiyadan qayıtdığı bildirilir. Ailənin bir qız, bir oğlan olmaqla iki azyaşlı övladı var. Hadisə baş verən zaman uşaqlar babası gildə olublar. 

Hadisənin qısqanclıq və ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir. Meyitlər müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı