“Gün ərzində Mariupola aviazərbələr endirilib, dəniz limanına hücumlar olub”.
Oxu24.com “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Silahlı Qüvvələrimiz güclü müdafiəni təmin edir. Mariupol Ukrayna üçün qalxandır. Bu şəhər Rusiya qoşunlarının daha irəli getməsinin qarşısını alır”, - o vurğulayıb.
Nazir müavininin sözlərinə görə, son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətində qarşı tərəfin 10 hücumunu dəf edib:
“Xarkovda durum ağırdır. Şəhərin bir hissəsi mühasirədə qalıb. Qarşı tərəfin şəhərə hücumları davam edir. Savaş Mariupolda ən böyük humanitar fəlakətlərdən birinə səbəb olub. Rusiya hərbçiləri dinc sakinləri hədəf alır, humanitar yardıma mane olurlar”.
Qeyd edək ki, Mariupolun meri daha əvvəl demişdi ki, müharibədən bəri şəhərdə 20 minə qədər dinc sakin həlak olub.
Oxu24.com
ŞƏRHLƏR