Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda güclü yanğın: Ölən var

REDAKTORUN SEÇİMİ

1062

17.04.2022, 01:52

Zərdab rayonunun Çallı kəndində ümumi sahəsi 160 m² olan taxta konstruksiyalardan ibarət 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə  Oxu24.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Qadın xəstəxanaya aparılarkən yolda vəfat edib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SON DƏQİQƏ! Azərbaycanda pensiya yaşı dəyişdirilir