May ayının 1-dən etibarən "myGov" portalında “ASAN Login” sistemində “Mobil nömrə ilə qeydiyyat” imkanı dayandırılacaqdır. Sistemdə qeydiyyat yalnız “Videoqeydiyyat” vasitəsi ilə aparılacaq.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı portal vasitəsilə istifadəçilərə xəbərdarlıq edilib.
Qeyd edək ki, “myGov” portalı qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Onlayn qaydada vətəndaşlar heç bir xidmət məntəqəsinə müraciət etmədən birbaşa internet üzərindən müraciət edərək qeydiyyatını tamamlaya bilir. Sistemdə qeydiyyat 2 formada həyata keçirilir: mobil nömrə və video qeydiyyat. Artıq mobil nömrə ilə qeydiyyat prosesi dayandırılır.
Oxu24.com
ŞƏRHLƏR