Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68346
az

Ukrayna 2 hərbi vertolyotla Rusiyanın bu şəhərinə hücum etdi – 7 yaralı var

23:0814 Aprel, 2022
745
DÜNYA
  • A

Rusiyanın Ukrayna ilə həmsərhəd Bryansk vilayətinin hökumət orqanları Kivevi Rusiyanın Klimovo şəhərini atəşə tutmaqda və itkilərə səbəb olmaqda ittiham edib. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz aprelin 14-də hücumun Ukrayna silahlı qüvvələri tərəfindən həyata keçirildiyini və şəhərdəki iki binanın zədələdiyini bildirib.

Oxu24.com-un  məlumatına görə, Rusiyanın TASS xəbər agentliyi bir hamilə qadın və bir uşaq daxil olmaqla, 7 nəfərin yaralandığını iddia edib.


Rusiya İstintaq Komitəsi hücumun Ukraynaya məxsus iki hərbi vertolyot tərəfindən edildiyini və hücumla bağlı cinayət işi başladıldığını bildirib.

Hücumdan sonra Klimovoda çəkildiyi iddia edilən və İnternetə yerləşdirilən videoda yanan evi görmək olub. Videonun harada və nə vaxt çəkildiyi aydın deyil.

Klimovo Ukrayna sərhədindən təxminən 10 kilometr aralıda yerləşir.

Rusiyanın başqa, Belqorod vilayətinin hakimiyyət orqanları aprelin 14-də Ukrayna silahlı qüvvələrinin Rusiyanın Spodoraşino kəndini atəşə tutduğunu bildirib. İtkilər barədə məlumat verilməyib.

Aprelin 14-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna silahlı qüvvələrinin Bryansk vilayətindəki Novıye Yuroviçi sərhəd-keçid məntəqəsini atəşə tutduğunu bildirib. Oradan da itkilər barədə məlumat verilməyib.

Ukrayna Rusiyanın iddiaları ilə bağlı heç bir şərh verməyib.

Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanı Rusiya ərazilərini atəşə tutmaqda ittiham edib. Hücumlar davam edərsə, Moskva Ukraynanın “qərar qəbuletmə mərkəzləri”nə, eləcə də Kyivə zərbələr endirəcəyi barədə xəbərdarlıq edib.

Rusiya fevralın 24-də Ukraynaya əsassız hücuma başlayıb. Ukrayna silahlı qüvvələrinin həftələrlə davam edən müqavimətindən sonra Rusiya öz qüvvələrini Ukraynanın Bryansk və Rusiyanın digər həmsərhəd şimal ərazilərindən çıxarıb.

Bakıda dəhşətli hadisə: Blokda qadına görün nə etdilər - VİDEO

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni Kaledoniyanın lideri Kristian Tein həbsdə qalacaq
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edəcəkmi?
ABŞ Konqresinin əslən Ukraynadan olan üzvü bütün ölkəni səfərbər etməyə çağırıb

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu