Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68331
az

Elman Rüstəmova görə manat dəyişiləcək? - AÇIQLAMA

20:4814 Aprel, 2022
235
REDAKTORUN SEÇİMİ
  • A

Ötən günlərdə Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri vəzifəsindən azad edildi və bu vəzifəyə Taleh Kazımov təyin olundu.
 
Bu qərarların ardından Azərbaycanın dövriyyədə olan milli pul nişanlarının üzərində Elman Rüstəmovun imzasının olması əsas müzakirə mövzularından birinə çevrilib.
 
Bəs manatın üzərindən sözügedən imza çıxarılacaqmı?
 
Oxu24.com  xəbər verir ki, məsələni "Ölkə.Az”a şərh edən hüquqşünas ekspert Əkrəm Həsənov bildirdi ki, manatın dizaynı qanunla təsdiq olunmur. Bu dizaynı Mərkəzi Bank özü təsdiqləyir və onun səlahiyyətində olan məsələdir:
 
"Manatın üzərində imzanın olması qanuna zidd olmasa da, arzuolunan deyil. Çünki Mərkəzi Bank sədri dəyişə bilir. İndi də yeni manatın üzərində Taleh Kazımovun imzası olacaq. Təbii, ki əvvəlki manat əsginasları öz qüvvəsindədir. Çünki Elman Rüstəmov onları imzalayan zaman səlahiyyətli şəxs idi”. 
 
Ekspertin sözlərinə görə, dünyanın əksər valyutalarına baxsaq, belə bir imzanın olmadığını görəcəyik. Ümumiyyətlə bu, köhnəlmiş bir adətdir:

 
"Əvvəlki dövrlərdə mərkəzi bankların rəhbərləri imzanı pul əsginaslarının öhdəlik kimi qəbul olunmasına görə qoyurdu. Onlar bu əsginası konkret miqdarda olan qızıla dəyişəcəyinə dair öhdəlik götürürdülər. Bu da imza ilə təsdiqlənirdi. İndiki vaxtda dünyanın heç bir dövlətinin kağız pulunun qızıl təminatı yoxdur. Həmçinin o zaman indiki kimi professional çap üsulları yox idi və valyutanın indiki kimi qorunmasını təmin etmək mümkün deyildi. Həmin vaxtlar pulu saxtalaşdırmaq asan idi, imza da əlavə qorunma vasitəsi kimi istifadə olunurdu”.  
 
Qanunla Azərbaycanın milli valyutasının müddətsiz dövriyyədə olduğunu deyən Ə. Həsənov həmin pul nişanlarının tədricən dövriyyədən çıxacağını vurğulayıb:
 
"Hazırda bəzi əsginasların köhnə və yeni variantları da dövriyyədə var. Güman edirəm ki, Elman Rüstəmovun imzası olan əsginaslar hələ 10 il də Azərbaycanda istifadə olunacaq və tədricən dövriyyədən çıxarılacaq. Lakin yaxşı olardı ki, manatın dizaynı dəyişsin, bundan sonra buraxılan pullarda AMB sədrinin imzası olmasın. Bu qərarı Mərkəzi Bank istənilən anda verə bilər. Əgər Mərkəzi Bank bu qərarı vermirsə, parlament bununla bağlı qanun qəbul edə və imzanın olmaması burada qeyd oluna bilər”. 
 
"Həmçinin, manatın dizaynını dəyişərkən orada müəlliflik hüququ işarəsini götürə bilərlər. Çünki o işarənin manatın üzərində olması qanunsuzdur. "Müəlliflik və əlaqəli hüquqlar haqqında” qanunda pul nişanlarının müəlliflik hüququnun obyekti olmadığı qeyd olunub”, - deyə ekspert əlavə edib.
 
Məsələ ilə bağlı Mərkəzi Banka sorğu göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vüqarın anasının xilas edildiyi anın- Videosu
Qaydaları pozan vəkillər cəzalandırıldı
Su olmayacaq - DİQQƏT!

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Arvadını intihar həddinə çatdıran kişi- Həbs edildi