Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6821
az

Cahangir Hacıyevin arvadı həbs qərarına görə ŞOK keçirib - SENSASİON XƏBƏR

10:3107 Noyabr, 2018
1042
DÜNYA
  • A
 “The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılarkən Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keyt hakim Emma Arbutnota onun üç uşaq anası olduğunu çatdırıb, bunu nəzərə alaraq qadının həbsini girov əvəzində ev dustaqlığı ilə əvəz etməyi xahiş edib.

Vəkilin vəsadətində göstərilirdi ki, Z.Hacıyevanın Azərbaycana ekstradisiyası barədə gələn ilin iyun ayında baş tutacaq məhkəməyə qədər o ev dustağı kimi Londonda qalmalıdır.

Vəkil bildirib ki, Zamirə Hacıyeva üçün bu həbs qərarı “dəhşətli şok” yaradıb. Hyuqo Kit etiraf edib ki, xanım Hacıyeva Londonda böyük pullar xərcləyib, amma Azərbaycan tərəfinin ittihamında onun bilavasitə bankdan pul oğurladığı göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri-Cahangir Hacıyev götürüb. Amma hakim Azərbaycan tərəfinin ekstradisiya sorğusundan sitat gətirərək xanım Hacıyevanın bankomatlardan Beynəlxalq Bankın kartları ilə 8 milyon funt sterlinq çıxarıb xərclədiyini bildirib.
 

Barrister bununla razılaşmayıb: “Onu böyük xərcləmələrdə və mənimsəmədə ittiham edirlər. Lakin bu heç də o demək deyil ki, Hacıyeva həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.

Hakim Z.Hacıyevanın 500 min funt sterlinq girov qarşılığında ev dustaqlığına buraxılmasına razılıq verə biləcəyini ifadə edib, amma prokurorlar dərhal buna etiraz ediblər. Beləliklə, Zamirə Hacıyeva həbsdə qalıb.

virtualaz.org

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü