Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68165
az

Həbsxanada ölən MTN polkovnikinin oğlu da vətənə xəyanət edibmiş-SENSASİYA

22:2511 Aprel, 2022
688
KRİMİNAL
  • A

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, ömürlük azadlıqdan məhrum edilən və həbsxanada vəfat edən Zakir İsmayılovun oğlu da vətənə xəyanət ittihamı ilə həbs edilibmiş. Onun həyat yoldaşı Nəzakət İsmayılova isə 19 il həbs cəzası alıb.

Musavat.com xəbər verir ki, Zakir və Nəzakət İsmayılovaların həbsinin təfərrüatı ilə bağlı ətraflı məlumat vermişdik. İndi isə övladlarının vətənə xəyanət ittihamının təfərrüatı üzə çıxıb. Məlum olub ki, Zakir İsmayılov oğlunu da bu işə cəlb edib. İsmayılov oğlu ilə birlikdə Azərbaycanda xüsusi xidmət orqanlarının əməkdaşlarının görüntülərini çəkirmiş.

İttihamla müəyyən edilib ki, Z.İsmayılov MTN binasının qarşısına maşınla gələrək orada yüksək rütbəli zabitlərlə görüşürmüş. Bu zaman onun oğlu maşında quraşdırılan kamera ilə bu görüşləri və digər zabitləri lentə alırmış. Həmin görüntülər isə Z.İsmayılov tərəfindən xarici ölkələrin xüsusi xidmət orqanlarına göndərilirmiş.

Nəzakət İsmayılova isə bu proseslərdə pulu alan şəxs olub. Belə ki, Zakir İsmayılov xüsusi xidmət orqanlarından “xidmətinə” görə verilən pulu arvadı vasitəsi ilə alırmış. Nəzakət İsmayılova Türkiyəyə gedərək pulu alıb, Bakıya qayıdırmış.

İsmayılovların oğlu vətənə xəyanətdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. 19 il həbs cəzası alan Nəzakət İsmayılova və oğlu yuxarı instansiya məhkəmələrinə müraciət etsələr də cəzaları dəyişdirilməyib.


 
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan vətəndaşı 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq gedişatında Nəzakət İsmayılovanın da onunla əlbir olması müəyyən edilib və o da cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Qeyd edək ki, Zakir İsmayılov son olaraq 2010-2015-ci illər ərzində MTN Əks-kəşfiyyat baş idarəsinin Məlumat təhlil şöbəsinin rəisi vəzifəsində çalışıb.

Oxu24.com

ŞƏRHLƏR

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+