Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68146
az

Müəmmalı şəkildə ölən şəxs həbsdən yeni çıxıbmış - Təfərrüat

18:3011 Aprel, 2022
483
KRİMİNAL
  • A

Lənkəran rayonunda iki həftədir axtarılan 39 yaşlı kişinin meyitinin tapılması barədə xəbər vermişdik.

OXU24.COM "Qafqazinfo"ya istinadən bildirir ki, Nərimanabad qəsəbəsindəki həyətlərin birində cəsədi tapılan 1983-cü il təvəllüdlü Elşən Məmmədov həbsdən yeni çıxıbmış. Belə ki, bir neçə il əvvəl həbs edilən E. Məmmədov fevralın sonunda azadlığa çıxıb və doğulduğu qəsəbəyə qayıdaraq anası ilə birlikdə yaşayıb. Lakin martın sonunda o, müəmmalı şəkildə yoxa çıxıb.

Onun meyiti ötən gün qəsəbə sakinlərindən biri, uzun müddətdir yaşayış olmayan Nəzakət Abdullayevaya məxsus evin həyətində aşkar edilib. Bundan dərhal sonra hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırmalara başlanılıb.

Elşən Məmmədovun hansı səbəbdən və hansı şəraitdə ölməsi rayon prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.

Mərhumun nəşi artıq ailəsinə təhvil verilib və dəfn edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə iki nəfər bıçaqlandı
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu