"WhatsApp"da yeni funksiya...
14 Mart 2025, 09:15
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
447
09.04.2022, 21:10
Keçici qlobal amneziya üçün heç bir müalicəsi yoxdur. Vəziyyət 24 saat ərzində öz-özünə düzəlir.
Keçici global amneziya (TGA) bir insanın qəfil yaddaş itkisi epizodu yaşadığı nadir bir tibbi vəziyyətdir. TGA epizodu zamanı insan epizoddan öncəki hadisələri (anteroqrad amneziya adlanan vəziyyət) və epizoddan sonrakı hadisələri (retroqrad amneziya) xatırlamaqda çətinlik çəkir. TGA epizodları adətən bir neçə saatdan çox davam etmir. Nadir hallarda TGA 24 saata qədər davam edir.
TGA olan insanlar kim olduqlarını xatırlayırlar, həmçinin dostlarını və ailə üzvlərini xatırlaya bilərlər.Yemək bişirmək və ya maşın sürmək kimi mürəkkəb gündəlik işləri epizod müddətində davam edirlər. Onlar həmçinin dil və sosial ünsiyyət bacarıqlarını da saxlayırlar. Bununla belə TGA epizodu zamanı onlar harada olduqlarını, gün və ya saatı bilməyə bilirlər.
Kimlərdə rast gəlinə bilər və nə dərəcədə yayılmışdır?
Adətən 50-70 yaş arası insanlarda olur. Təxminən hər 100 000 nəfərdən 3-10-da rast gəlinir.
Səbəbi nədir?
Keçici qlobal amneziynanın (TGA) dəqiq səbəbi məlum deyil. Bununla belə bəzi tədqiqatlar göstərir ki, TGA beyinə kifayət qədər qan axınının (işemiya adlanan vəziyyət) və ya oksigenin çatışmaması (hipoksiya adlanan vəziyyət) nəticəsində yaranır. Bəzi hallarda TGA beyində tutma baş verməsi ilə əlaqəli ola bilər.
Miqren baş ağrısı TGA inkişafı üçün bir risk faktoru kimi görünür. Həyəcan pozulması kimi psixoloji amillər də TGA ehtimalını artıra bilər.
Bəzi insanlar üçün TİA müəyyən stimullar və ya hadisələr nəticəsində baş verə bilər. Həmçinin:
Fiziki gərginlik
Emosional və ya psixoloji stress
Soyuq və ya isti suya qəfil dalma
Baş travması
Ağrı
Cinsi əlaqə
Valsalva manevrasını yerinə yetirmək. Bu bir şəxs tərəfindən tibbi testin bir hissəsi kimi və ya paroksizmal taxikardiyalarda ürək vurğularını yavaşlatmaq məqsədilə həyata keçirilən nəfəs alma texnikasıdır. Ağzınızın və burnunuzun tutulması vəziyyətində nəfəs verməyə cəhd edilməsidir.
TGA-nın bir növü də həddindən artıq spirt qəbulu, böyük dozada barbituratların , maddələrin və ya kişik dozada benzadiazepinlərin qəbulu nəticəsində yarana bilər.
Əlamətləri hansılardır?
Keçicı qlobal amneziya (TGA) qəfil qısa müddətli yaddaşın itməsidir. Bəzi insanlar keçmişdə saatlar, günlər və ya daha uzun müddətə aid xatirələri də xatırlaya bilmirlər.
TGA epizodu zamanı baş verə biləcək digər simptomlara aşağıdakılar aiddir:
• Baş ağrısı
• Başgicəllənmə
• Bulantı və qusma
• Narahatlıq
• Qarışıqlıq
• Ayaqlarda, əllərdə və ya qollarda qarışqa gəzməsi hissiyyatı
Əksər hallarda TGA epizodları 1-10 saat davam edir (orta hesabla 6 saatdır). Nadir hallarda simptomlar 24 saata qədər davam edə bilər.
Həmçinin oxuyun
Tədricən inkişaf edən və ya bir gündən çox davam edən yaddaş problemləri TGA nın bir hissəsi deyil və ehtımal ki, digər səbəblərlə bağlıdır.
Diaqnoz necə qoyulur?
Yaddaş itkisinə səbəb ola biləcək digər səbəbləıri istisna etmək üçün müayinələr təyin edilir. Bu müayinələrə aiddir:
• Qan testləri
• Beyin kompyuter tomoqrafiyası (KT)
• Beyin maqnit rezonans tomoqtafiyası (MRT)
• Elektroensefaloqramma (EEQ)
Necə müalicə olunur?
Keçici qlobal amneziya üçün heç bir müalicə yoxdur. Vəziyyət 24 saat içərisində öz-özünə bərpa olunur. Ancaq şübhəli bir səbəb üçün müalicə tövsiyyə ola bilər.
Ağırlaşmaları
Nadir hallarda TGA daha uzunmüddətli yaddaş problemləri ilə nəticələnir. Bu problem ümumiyyətlə yalnız TGA epizodları təkrarlanan insanlarda baş verir.
Təkralayan keçici qlobal amneziya epizodlarının qarşısını almaq olarmı?
Stimul edicilərdən uzaq qalmaqla keçici qlobal amneziyanın (TGA) növbəti epizodlarının qarşısını almaq olar.Stimul edicilərə aşağıdakılar aid ola bilər:
• Emosional və ya psixi stress
• Fiziki gərginlik
• Cinsi əlaqə
• Soyuq və ya isti suya qəbil baş vurma
• Valsalva manevrası
Proqnoz necədir?
Əksər hallarda TGA yaşayan insanlar tamamilə sağalır. Epizod bitdikdən sonra yaddaşları bərpa olur, lakin epizod müddətini xatırlamayacaqlar.
10:23 / 14 Mart 2025
Avro və rublun qiyməti dəyişdi - Dollar isə...
1
10:10 / 14 Mart 2025
Güləşçilərimizdən 1 gümüş, 2 bürünc medal
21
09:46 / 14 Mart 2025
Rusiyada yanğın baş verdi
16
09:45 / 14 Mart 2025
ABŞ Ukraynaya yeni raketlər verəcək - Foto
16
09:41 / 14 Mart 2025
Dəm qazından öldü
12
09:30 / 14 Mart 2025
Zelenski türkiyəli nazirlərlə iftar açdı - Foto
17
09:15 / 14 Mart 2025
"WhatsApp"da yeni funksiya...
32
09:00 / 14 Mart 2025
Azərbaycanda qadın öz saxladığı itin qurbanı oldu - VİDEO
30
08:51 / 14 Mart 2025
"Gecələr yata bilmirik, hər an hücum ola bilər"
28
08:41 / 14 Mart 2025
Bakı və İrəvanın razılaşması...
28
08:15 / 14 Mart 2025
Braziliyada Azərbaycan rəssamlarının sərgisi açılıb
32
07:59 / 14 Mart 2025
Putin bu sözləri Trampa deməyə qorxur
52
22:36 / 13 Mart 2025
TƏBİB-in əməkdaşı qəzada öldü
104
21:47 / 13 Mart 2025
ABŞ Aİ-nin nə qədər tez silahlandıra biləcəyini proqnozlaşdırdı
95
21:31 / 13 Mart 2025
8 nəfər dönərdən zəhərlənib
97
21:28 / 13 Mart 2025
Tramp Ukrayna ilə əraziləri müzakirə etməkdən danışıb
100
20:22 / 13 Mart 2025
Şamaxıda faciə: Ölənlər var
1212
20:17 / 13 Mart 2025
Deripaska neftin qiymətini 50 dollar səviyyəsində proqnozlaşdırır
113
20:07 / 13 Mart 2025
Görünüşü ilə heyran edən "Kaqu" quşları - VİDEO
145
19:52 / 13 Mart 2025
Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
621
19:46 / 13 Mart 2025
ABŞ NATO ölkələrinin hava hücumundan müdafiəsi ilə bağlı problemlərə diqqət çəkib
134
19:33 / 13 Mart 2025
Türkiyənin yeni planı
130
19:32 / 13 Mart 2025
4 vəkilə xəbərdarlıq edilib
133
19:19 / 13 Mart 2025
17 yaşlı oğlan qətlə yetirilib
132
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.